Çərşənbə günü
idi. Mən sinif yoldaşlarımla dərsdən çıxdım. Atam məni qapının ağzında qarşıladı. Atamın əlindən tutub tez tez maşına tərəf yeriyirdim. O
,ön oturacağa keçib hər zamankı kimi maşının kəmərini bağlayıb yola çıxdı.Mən müəllimimizin bu günki tapşırığını xatırladım : "Sinif yoldaşlarımla yol hərəkəti qaydalarını bilməyin vacibliyi və yolu necə təhlükəsiz keçməklə bağlı araşdırma aparmalı idik."
•Maraqlıdır bu günə kimi heç düşünməmişdim niyə hər dəfə kəməri taxıram?
Atamdan hər dəfə təhlükəsizlik kəmərini bağlamağını və yol hərəkəti qaydalarına əməl etməyin niyə belə vacib olduğunu soruşdum.Elə bu anda birdən qarşıda dəhşətli bir qəza oldu. Atam tez maşından düşüb köməyə getdi. Mən həyəcanla maşının şüşəsindən baş verənlərə baxırdım.
Atam geri qayıtdıqda baş verənləri danışdı:
- Qəza törədən maşınların hər birində yalnız sürücülər varmış. Maşınlardan yalnız birinin sürücüsü təhlükəsizlik kəməri taxmışımış. Həmin sürücü qəzadan yaranan şokda olsada onun burnu belə qanamamışdı.
-Bəs onda təcili yardım kimin üçün gəldi??
- Təcili yardım yaralanan o biri sürücü üçün gəlib.Təhlükəsizlik kəməri taxmayan sürücü qəza zamanı ağır yaralanıb.- Bəs qəza necə olub ? - mən soruşdum.
-Kəməri taxmayan sürücü eyni zamanda telefonla da danışırmış. Diqqəti dağıldığına görə işıqforun qırmızı işığını görməyib birdən yola çıxmış və sonrada digər sürücünün maşını ilə toqquşmuşdu.
Artıq atamın mənə Yol hərəkəti qaydalarına əməl etməyin niyə belə vacib olduğunu izah etməyə ehtiyac qalmadı.Yol hərəkəti qaydalarının vacibliyini və bu qaydalara əməl etməsək nələr olacağını anlamışdım..

Növbəti gün baş verənləri sinif yoldaşlarıma danışdım.Biz araşdırmağa başladıq:
- Axı necə etmək olar ki , yolu təhlükəsiz keçək?
-Necə edək ki ,hər gün sayı çoxalan nəqliyyat qəzalarının qarşısının alınması üçün biz də nəsə edək?
Biz aaraşdırmalar apardıq və öyrəndik ki,
21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günüdür
Yollar, avtomobillər hər gün dünyada minlərin həyatına son qoyur. Qəzada ölən və yaralananların əksəriyyəti də gənclər olur. Statistikaya görə, yol qəzaları dünyada hər gün 3 min 242 adamın ölümünə, 20-50 milyon adamın yaralanmasına səbəb olur. Hər il dünyada yol qəzalarında ölənlərin sayısa təxminən 1 milyon 200-1 milyon 300 min nəfərdir.
Bu məlumatlar bizə başladığımız layihənin əhəmiyyətini bir daha göstərdi.
Görəsən bu qədər ölümə , yaralanmaya nə səbəb olur?
Uşaqların bir neçəsi bununla bağlı aşağıdakıları öyrəndilər:
o Ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma.
o Yol hərəkəti nişanlarına əməl etməmək
o Sərxoş halda maşın sürmək və s.
Araşdırmanı yekunlaşdırıb " Gəlin qəzalardan qorunaq"
adlı aksiya keçirməyi qərara aldıq. Aksiyamız üçün əvvəlcə yol hərəkəti qaydalarına ,yol nişanlarının nəyi bildirdiyinə,yolda və ictimai nəqliyyatda davranış qaydalarınına aid
olan broşürlər hazırladıq.
Aksiya zamanı məktəbin qarşısında məktəblilər üçün hazırlanmış yol hərəkəti və ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər payladıq.
Məktəbin yaxınlığındakı yeraltı və yerüstü piyada keçidlərinin yanında üzərində“Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!” şüarı yazılan posterlər yapışdırdıq. ![]() |
| Добавьте подпись |

Düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Əzizləriniz bu gün də sizinlə olardı. Həyatın ləzzətini yaşayardı… Hər birimiz – istər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü də, özgələri də qorumaq qayğısına qalmalıyıq…
Həyat gözəldir, yaşamaq gözəldir. Təsadüfləri nəzərə almasaq, çox şey bizdən – səndən, məndən, hər birimizdən asılıdır… Həyatın bir yol verildiyini ki, hər kəs bilir… Çalışaq yol qurbanı olmayaq. Bütün yollarda uğurlar!












