четверг, 5 января 2017 г.

         Çərşənbə günü  idi. Mən sinif yoldaşlarımla dərsdən  çıxdım. Atam məni qapının ağzında qarşıladı. Atamın əlindən tutub tez tez maşına tərəf  yeriyirdimO ,ön oturacağa keçib hər zamankı kimi maşının kəmərini  bağlayıb yola çıxdı.




Mən müəllimimizin bu günki tapşırığını xatırladım  : "Sinif yoldaşlarımla yol hərəkəti qaydalarını bilməyin vacibliyi yolu necə təhlükəsiz keçməklə bağlı araşdırma  aparmalı idik."

Maraqlıdır bu günə kimi heç düşünməmişdim niyə hər dəfə kəməri taxıram?
  Atamdan hər dəfə təhlükəsizlik kəmərini bağlamağını yol hərəkəti qaydalarına əməl etməyin niyə belə vacib olduğunu soruşdum.
    


Elə bu anda birdən qarşıda dəhşətli bir qəza oldu. Atam  tez maşından düşüb köməyə getdi. Mən həyəcanla maşının şüşəsindən baş verənlərə baxırdım. 
 Atam geri qayıtdıqda baş verənləri  danışdı:
- Qəza törədən maşınların hər birində yalnız sürücülər varmış. Maşınlardan yalnız birinin sürücüsü təhlükəsizlik kəməri taxmışımış. Həmin sürücü qəzadan yaranan şokda olsada onun burnu belə qanamamışdı.
 -Bəs onda təcili yardım kimin üçün gəldi??
 - Təcili yardım yaralanan o biri sürücü üçün  gəlib.Təhlükəsizlik kəməri taxmayan sürücü qəza zamanı ağır yaralanıb.
 - Bəs qəza necə olub ? - mən soruşdum.
  -Kəməri taxmayan sürücü eyni zamanda  telefonla da danışırmış. Diqqəti dağıldığına görə işıqforun qırmızı işığını görməyib birdən yola çıxmış və sonrada digər sürücünün maşını ilə toqquşmuşdu.
 Artıq atamın mənə Yol hərəkəti qaydalarına əməl etməyin niyə belə vacib olduğunu izah etməyə ehtiyac qalmadı.Yol hərəkəti qaydalarının vacibliyini və  bu qaydalara əməl etməsək nələr olacağını anlamışdım..








Növbəti gün baş verənləri sinif yoldaşlarıma danışdım.Biz araşdırmağa başladıq
- Axı necə etmək olar ki , yolu təhlükəsiz keçək?   


-Necə edək ki ,hər gün sayı çoxalan nəqliyyat qəzalarının  qarşısının alınması üçün biz  nəsə edək?









Biz aaraşdırmalar apardıq və  öyrəndik ki,  

21
noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günüdür
Yollar, avtomobillər hər gün dünyada minlərin həyatına son qoyur. Qəzada ölən yaralananların əksəriyyəti gənclər olur. Statistikaya görə, yol qəzaları dünyada hər gün 3 min 242 adamın ölümünə, 20-50 milyon adamın yaralanmasına səbəb olur. Hər il dünyada yol qəzalarında ölənlərin sayısa təxminən 1 milyon 200-1 milyon 300 min nəfərdir.
Bu  məlumatlar  bizə başladığımız layihənin əhəmiyyətini  bir daha göstərdi. 
Görəsən bu qədər ölümə , yaralanmaya nə səbəb olur?
Uşaqların bir neçəsi bununla bağlı aşağıdakıları öyrəndilər:
o  Ötmə və qarşıdan gələn  nəqliyyatın yoluna çıxma.
o Yüksək sürət
o  Yol hərəkəti nişanlarına əməl etməmək
o Sərxoş halda maşın sürmək və s.


 Araşdırmanı yekunlaşdırıb " Gəlin qəzalardan qorunaq" adlı aksiya keçirməyi qərara aldıq. Aksiyamız üçün əvvəlcə  yol hərəkəti qaydalarına ,yol nişanlarının nəyi bildirdiyinə,yolda ictimai nəqliyyatda davranış qaydalarınına aid olan broşürlər hazırladıq.




Aksiya zamanı məktəbin qarşısında məktəblilər üçün hazırlanmış yol hərəkəti ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər payladıq.  Məktəbin yaxınlığındakı yeraltı yerüstü piyada keçidlərinin yanında üzərində“Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!” şüarı yazılan posterlər yapışdırdıq 



Добавьте подпись






Düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Əzizləriniz bu gün sizinlə olardı. Həyatın ləzzətini yaşayardıHər birimizistər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü , özgələri qorumaq qayğısına qalmalıyıq

 Həyat gözəldir, yaşamaq gözəldir. Təsadüfləri nəzərə almasaq, çox şey bizdənsəndən, məndən, hər birimizdən asılıdırHəyatın bir yol verildiyini ki, hər kəs bilirÇalışaq yol qurbanı olmayaq. Bütün yollarda uğurlar!